“Azərişıq” ASC-nin "Şimal-Qərb" RETSİ-nin struktur tərkibinə daxil olan Elektrik Şəbəkələrinin xidməti ərazilərində abonentlərin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün bölgələrdə təmir-bərpa və yenidənqurma işləri davam etdirilir.

Open.az-ın quruma istinadən verdiyi xəbərə görə, cari ilin 8 ayı ərzində Şimal-Qərb RETSİ-nin struktur tərkibinə daxil olan rayonun elektrik təchizatının yaxşılaşdırılması, abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması məqsədilə yeni 3 ədəd 35/10 kV-luq yarımstansiya tikilir, 35/10 kV-luq "Meysəri" Y/st isə yenidən tikilməkdədir.

Həmçinin 1 ədəd 110/6 kV-luq, 10 ədəd 35/10 kV-luq yarımstansiyalar RETSİ-nin daxili imkanlar hesabına yenidən qurulmuşdur 110/35/10 kV-luq "Şıxlar" və 35/10 kV-luq "Çuxuryurd" Y/st-da işləri davam etdirilir. Bu istiqamətdə 110/6 kV-luq "İpək Kombinatı" və 110/10 kV-luq "Qubaxəlilli" Y/st-larında aparılan yenidənqurma işləri tamamlanmaq üzrədir.

110 kV-luq elektrik veriliş xətləri üzrə görülən işlər çərçivəsində 9 ədəd qəzalı dayaq bərpa edilmiş, 161 ədəd dayaq quraşdırılmışdır və 9 km məsafədə yeni 35 kV- luq hava xətti çəkilib.

6-10 kV-luq elektrik veriliş xətləri üzrə görülən işlər çərçivəsində ümumilikdə 101.7 km məsafədə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Aparılan təmir işləri zamanı 1166 ədəd 10 kV-luq dayaq quraşdırılmış, 67.5 km naqil çəkilib.

Yaşayış məntəqələrində aparılan yenidən qurma işləri çərçivəsində, 6-10-0.4 kV-luq şəbəkə ÖİN-lə tam şəkildə təchiz edilmişdir, bir sıra kəndlərdə yenidənqurma işləri aparılmışdır. 0.4 kV-luq elektrik veriliş xətləri üzrə görülən işlər çərçivəsində ümumilikdə Şimal-Qərb RETSİ-də 2163 ədəd dayaq quraşdırılmış, 84,1 km ÖİN tipli kabel xətti çəkilmiş, 115.8 km məsafədə təmir-bərpa işləri aparılmış, 191,9 km məsafədə xəttin mühafizə zonası yaşıl kütlədən təmizlənib.

6-10/0.4 kV-luq KTM-lər üzrə görülən işlər çərçivəsində ümumilikdə Şimal-Qərb RETSİ-də 6 ədəd yeni KTM quraşdırılmış, 201 ədədi əsaslı təmir edilib, standart qoruyucu və ayırıcılar quraşdırılmış və tam olaraq rənglənmiş, bunlardan 190 ədədinin ətrafı çəpərlənmiş və əlavə olaraq 201 ədədi cari təmir edilib.

Qeyd edək ki, həyata keçirilən layihələr və yenidənqurma işləri şəbəkələrin iqtisadi göstəricilərinə də müsbət təsir göstərib 8 faiz itirilmiş enerji bərpa olunub.