Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində yeni təyinat olub.

“Azəriqaz”dan Open.az-a verilən məlumata görə, “Azəriqaz”ın Baş direktorunun əmri ilə Əlibaba Ramazan oğlu Əliyev Birliyin Xaçmaz Regional qaz istismarı İdarəsinin rəisi təyin olunub.