Prezident İlham Əliyev Azərbaycanın Kubada (Havana şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

Open.az-ın məlumatına görə, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Kuba Respublikasında (Havana şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alıram:

- Nazirlər Kabineti səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini və bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

- Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etsin.