Bu il mayın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 15 146,8 milyon manat təşkil edib.

Open.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,4% çoxdur.

Kredit qoyuluşunun 12,09 milyard manatı və yaxud 79,9%-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 14,7% çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 2 646,1 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 24,1% çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 16,3%-dən 17,5%-ə çatıb.

Aprelin sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredi qoyuluşu isə 404,7 milyon manat olub. Bu isə illik müqayisədə 20,2% çoxdur. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi isə 2,6%-dən 2,7%-ə yüksəlib.