İranın Tehran və Ərdəbil şəhərlərinə gündəlik müntəzəm marşrut xətləri üzrə hərəkətin məhdudlaşdırılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

Open.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat yayıb.

O bildirib ki, sözügedən istiqamətlər üzrə heç bir dəyişiklik edilməyib: “Beynəlxalq reyslər, həmçinin Tehran və Ərdəbil şəhərləri üzrə reyslərdə xidmət göstərən avtobuslarda dezinfeksiya işlərinin təşkili gündəlik təmin edilir. Hər hansı dəyişiklik olacağı təqdirdə rəsmi qaydada sərnişinlər məlumatlandırılacaq”.