Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Open.az xəbər verir ki, yanvarın 23-də qızılın qiyməti yanvarın 22-i ilə müqayisədə 10,013 manat artaraq 1 unsiya üçün 2650,1725 manat təşkil edib.

Gümüş 0,0414 manat bahalaşaraq 1 unsiya üçün 30,2276 manata bərabər olub.

Platinin qiyməti 19,533 manat artaraq 1721,8705 manat, palladiumun qiyməti 136,595 manat artaraq 4261,679 manat təşkil edib.

Ad

23.01.2020

22.01.2019

Qızıl

XAU

2650,1725

2640,1595

Gümüş

XAG

30,2276

30,1862

Platin

XPT

1721,8705

1702,3375

Palladium

XPD

4261,679

4125,084

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.