"Karantin rejimi ilə bağlı yumşalma tədbirləri davam edərsə, mayın 31-dən sonra ölkədə fəaliyyət göstərən milli parkların açılması gözlənilə bilər".

Open.az xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, bu gün üçün parklar mövcud qərarla bağlıdır.