Bu ilin yanvar-aprel aylarında Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 65,9 milyon manat ipoteka krediti verilib.

Open.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% azdır.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə illik müqayisədə təxminən 10,4 dəfə azalaraq 7,3 milyon manata, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb olunan vəsait 50% artaraq 30 mln manat olub.

Hesabat dövründə İKZF-yə dövlət büdcəsindən ayrılmış vəsait isə 3,8 dəfə artaraq 75,6 milyon manat olub.