Azərbaycan-Türkiyə arasında münasibətlər geniş sahələri əhatə edir.

Open.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu günədək iki ölkə arasında 241 müqavilə imzalanıb və onların icrası həyata keçirilir. Hazırda 29 əlavə müqavilələrin baxılır və yaxın zamanlarda onların imzalanması baş tutacaq. Bütün sahələrdə dinamik inkişaf edir. Təkcə 2020-ci ilin ilk 5 ayında ticarət dövriyəmiz əlavə olaraq 20 faiz artmışdır.