Dekabrın 9-da Bakıda keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının XVIII iclasının yekunlarına əsasən protokol imzalanıb.

Open.az xəbər verir ki, sənədi Azərbaycan tərəfindən Baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfdən isə İqtisadi İnkişaf naziri Maksim Oreşkin imzalayıb.

Hökumətlərarası Komissiyanın iclası çərçivəsində həmçinin 2020-2022-ci illər üzrə aqrar sənaye kompleksi sahəsində Əməkdaşlıq Proqramı və 2020-2022-ci illər üzrə turizm sahəsində Əməkdaşlıq Proqramı imzalanıb.

Bu günə qədər iki ölkə arasında müxtəlif sahələri əhatə edən 200-dən çox sənəd imzalanıb.