Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçə təbrik məktubu göndərib.

Open.az-ın məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident,

Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və dost Serbiya xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı yetirirəm.

Əminəm ki, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətləri daim xalqlarımızın maraqlarına uyğun inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".