Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev El-Salvador Respublikasının yeni seçilmiş Prezidenti Nayib Bukeleyə təbrik məktubu ünvanlayıb.

Open.az-ın məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli cənab Bukele,

El-Salvador Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə El-Salvador arasında əlaqələrin inkişafı və genişlənməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".