Azərbaycanda banditizm əməllərinə qarşı cəza sanksiyaları arasına yeni cəza növü əlavə edilir.

Open.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Milli Məclisdə (MM) Cinayət Məcəlləsinin 217-ci (Banditizm) maddəsinə yeni “Azadlığın məhdudlaşdırılması” cəzası da əlavə edilir.

Layihəyə əsasən Təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmək məqsədilə sabit silahlı qruplar (bandalar) təşkil etmə, belə qruplara (bandalara) rəhbərlik etmə əməlinə görə, hazırda qüvvədə olan sanksiya ilə yanaşı 15 ilə qədər azadlığın məhdudlaşdırılması cəzası da tətbiq edilə biləcək. Hazırda qüvvədə olan sanksiyada isə cəza 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzasıdır.

Qeyd edək ki, “Azadlığın məhdudlaşdırılması” cəza növü 2017-ci ildə Azərbaycan Cinayət Məcəlləsinə əlavə edilib.