Azərbaycan Prezidenti İlham Əliyev humanizm prinsiplərini əsas tutaraq koronavirusa qarşı mübarizə üçün İraqa humanitar yardım göstərilməsi barədə tapşırıq verib.

Azərbaycanın İraqdakı səfirliyindən Open.az-a bildiriblər ki, iyunun 30-da 27 ton tibbi ləvazimat və preparatlardan ibarət humanitar yardım Bağdada çatdırılıb.

Azərbaycanın “Silk Way Airlines” şirkəti tərəfindən çatdırılan humanitar yardımı ölkəmizin İraqdakı səfirliyinin əməkdaşları İraq tərəfinə təhvil veriblər.