Azərbaycan "Boeing 737 MAX-8"in 10 təyyarəsini almaqdan imtina edib.

Open.az xəbər verir ki, bu barədə TASS-a "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) mətbuat xidmətindən məlumat verilib.

"Biz rəsmən bu təyyarələrin təhlükəsizliyiylə bağlı məlum səbəblərdən "Boeing 737 MAX-8" təyyarələrinin almasından imtina etdik və bu barədə "Boeing" korporasiyasına xəbərdarlıq etmişik", - deyə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.

Qeyd edək ki, 2017-ci ilin aprelində Azərbaycanın "Silk Way Airlines" aviaşirkəti "Boeing"lə 10 sərnişin təyyarəsinin əldə edilməsinə dair müqaviləni imzalayıb.

Sazişin ümumi məbləği təxminən $1 milyard təşkil edib və 2020-ci ilin sonuna kimi Azərbaycana çatdırılmalı imiş.

Xatırladaq ki, martın 10-da “Ethiopian Airlines” şirkətinə məxsus “Boeing 737 Max- 8” sərnişin təyyarəsi Debre-Zeyt şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 157 nəfər ölüb.

Gülnar Qafarlı