“Azərbaycan Hava Yolları” QSC Moskvada keçirilmiş forumda yenidən ən punktual aviaşirkət seçilib.
Open.az AZAL-a istinadən xəbər verir ki, Moskvada keçirilən "DME Business Forum"u çərçivəsində Domodedovo hava limanı yaz-yay mövsümü üzrə ən dəqiq aviaşirkəti mükafatlandırılıb.
Xarici aviadaşıyıcılar arasında birinci yerdə Rusiyanın paytaxtına gündəlik uçuşlar həyata keçirən AZAL qərarlaşıb.