Biz hər birimiz yaxşı bilirik və gələcək nəsillər də yaxşı bilməlidir ki, o zaman Azərbaycanda hakimiyyətə gəlmək üçün mənfur AXC-Müsavat cütlüyünün xalqımıza qarşı etdikləri xəyanət nəticəsində Şuşa, Laçın, Kəlbəcər heç bir müqavimət göstərilmədən erməni faşistləri tərəfindən işğal edildi.

Bunu Open.az Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat qeyd edib ki, bununla da müharibənin taleyi həll olundu və həmin ərazilər işğal olduqdan sonra Ermənistanla Qarabağ arasında bağlantı yarandı:

“AXC-Müsavat cütlüyünün ölkədə yaratdıqları xaos, anarxiya, vətəndaş qarşıdurması, hərbi qüvvələri öz məkrli məqsədləri üçün istifadə etmələri, hərbi qüvvələrin döyüş meydanından geri çağırılması ilk növbədə Şuşanın işğalına gətirib çıxardı və bundan bir neçə gün sonra Laçın da işğala məruz qaldı və bununla da Ermənistanla Qarabağ arasında bir bağlantı yarandı. Ondan bir müddət sonra da Kəlbəcər işğala məruz qaldı. Həmin ərazilərimiz işğala məruz qalan zaman oradan dinc əgalinin çıxarılması üçün AXC-Müsavat hakimiyyəti tərəfindən heç bir tədbir görülmədi, çünki onlar hərbi qüvvələri öz məkrli məqsədləri üçün istifadə edirdi”.

C.Osmanov vurğulayıb ki, 90-cı illərin AXC-Müsavat cütlüyünün tör-tökünüləri bu gün də antimilli şura və AXCP ətrafında birləşərək yenə də öz xəyanətlərini davam etdirirlər: “Onlar erməni lobbisindən aldıqları göstərişlər əsasında Azərbaycana qarşı qarayaxma, böhtan kampaniyası aparırlar, Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı və tarixi qələbəsinə kölgə salmağa çalışırlar”.