Rusiya Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri araqdan əllər üçün antiseptik kimi istifadə etməməyi məsləhət görüb.

Open.az xəbər verir ki, buna səbəb isə virusu məhv etmək üçün arağın tərkibində kifayət qədər spirtin olmamasıdır.

Ekspertlər eyni zamanda dəridə quruluq və qıcıqlanmaya səbəb olduğu üçün spirtdən təmiz şəkildə istifadə etməməyi tövsiyyə ediblər.

Onlar həmçinin qeyd ediblər ki, istifadə zamanı dəridə meydana gələn mikroçatlardan virus insan orqanizminə nüfuz edə bilər.

Mütəxəssislər tərkibi 60% - dən az olan və ya 70% - lik izopropil spirtinin konsentrasiyası ilə əllərin dezinfeksiya edilməsinin effektiv olmadığını da bildiriblər.

Ev şəraitində əllər üçün antiseptik hazırlamaq üçün isə hidrogen perikisiylə spirti qarışdırın. Əldə olunan məhlula isə qliserin əlavə edib, 72 saat saxlamaq lazımdır.