“Sentyabrın 27-dən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) tərkibində Operativ Qərargah yaradılıb”.

Open.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Qərargahın rəisi İdris İsmayılov deyib.

“Bu günə qədər 600-ə yaxın müraciət daxil olub. 200-ə yaxın partlamamış mərmi, silah-sursat aşkar edilib”, - deyə o, qeyd edib.