“Abşeron” yatağının işlənməsi layihəsi çərçivəsində dayaq blokları hazırdır.

Open.az xəbər verir ki, bunu “Bos Shelf” şirkətinin kommersiya meneceri Orxan Hüseynov Bakı Dərin Özüllər Zavodunda media-tur zamanı deyib.

Onun sözlərinə görə, “Abşeron” layihəsinin 2023-cü ildə başa çatması gözlənilir:

“Dörd dayaq bloku artıq başa çatıb və yüklənməyə hazırdır”.

O.Hüseynov bildirib ki, yaxın bir neçə ay ərzində bloklar quraşdırılması üçün yola salınacaq.