ABŞ Azərbaycan və Ermənistan XİN başçılarına Qarabağ münaqişəsinə görə növbəti görüşü Vaşinqtonda keçirməyi təklif edib.

Open.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib.

“Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında sonuncu görüş rusiyalı həmkarım Sergey Lavrovun təşəbbüsü ilə Moskvada baş tutub. Rusiya ilə birlikdə səylər iki qat-üç qat artırılsa, münaqişənin nizamlanmasında irəliləyişə ümid etmək olar. Ötən gün ABŞ-dan Vaşinqtona səfərlə bağlı dəvət gəldi", -deyə Məmmədyarov Varşavada keçirilən brifinqdə söyləyib.

Qeyd edək ki, aprelin 15-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə üçtərəfli görüşü keçirilib. Görüşdən sonra birgə bəyanat qəbul edilib.

Gülnar Qafarlı

ABŞ Azərbaycan və Ermənistan XİN başçılarına Vaşinqtonda görüşməyi təklif etdi