Bakıda fəaliyyət göstərən ekspres marşrut xətlərinə yeni avtobuslar buraxılıb.

Bu barədə Open.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, yeni avtobuslar M3 Ekspress xətti (“Koroğlu”m/s-“28 May” m/s) üzrə fəaliyyətə başlayıb.

Marşrut üzrə daşımalar 18 metrlik avtobuslarla həyata keçirilir.