İsveç mərkəzli avtomobil istehsalçısı "Volvo" gələn ildən etibarən bütün avtomobillərdə sürət sərhədini saatda 180 kilometr ilə məhdudlaşdıracaq.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, şirkətin bu addımı atmasının səbəbi yol-nəqliyyat hadisələri zamanı ölüm hallarını azaltmaqdır.

Şirkətdən bildirilib ki, 2021-ci ildə istehsal olunan avtomobillərə saatda maksimum 180 kilometr sürət həddi tətbiq ediləcək.

Qeyd edək ki, Çinli avtomobil nəhəngi "Zhejiang Geely Holding" "Volvo Car Groupu" 2010-cu ildə 1,8 milyard dollara ABŞ mərkəzli avtomobil istehsalçısı "Ford"dan satın almışdı.

Gülnar Qafarlı