Kanadada yerləşən Ponoko adlı şəhərdə, "Model S" markalı elektromobil avtopilot rejimində 140 km/saat sürətlə hərəkət edərək polis tərəfindən təqibə başlanıb.

Open.az "MyDrivers"a istinadən xəbər verir ki, sürət həddini aşan sürücüyə xəbərdarlıq üçün yaxınlaşan polislər elektromobilin salonunun boş olduğunu gördükdə xeyli təəccübləniblər.

Lakin, daha sonra polislər avtomobilin salonunda yatan şəxsi görüb, nəqliyyat vasitəsinin əslində avtopilot rejimində hərəkət etdiyini aşkar ediblər.

Ən maraqlısı isə polislərin elektromobilə yaxınlaşmaq istədiyi anda sürətin 150 km/saat qədər artaraq təqibdən uzaqlaşmaq cəhdinin "Tesla Model S" tərəfindən həyata keçirilməsidir.

"Model S" elektromobillərində avtopilot tərəfindən polis təqibindən qaçma məqamını isə salonda yatan sürücü məhkəmə prosesi zamanı ətraflı şəkildə izah edəcək.