"Tesla" şirkətinin elektromobillərində yaranan nasazlıq nəticəsində, cihazların daxili sisteminin fəaliyyəti deaktiv vəziyyətə gətirilib.

Bu barədə Open.az "Electrek" mənbəsinə istinadən məlumat paylaşır.

Qeyd edilir ki, problem ilə şirkətin əksər müştəriləri üzləşib. Açar əvəzinə mobil tətbiqdən istifadə edən sürücülər elektromobillərini işə sala bilməyiblər. "Tesla" və "Powerwall"a məxsus günəş batareyalarının sahibləri isə ümumiyyətlə sistemi idarə imkanından məhrum qalıblar.

Bütün nyuanslar ilə yanaşı şirkətin rəsmi səhifəsində belə nasazlıqlar müşahidə edilib.

Sözügedən vəziyyət "Tesla" üçün yetəri qədər geniş miqyaslı problem olaraq, çərşənbə günü bütün dünya üzrə qeydə alınıb. Nəticə olaraq şirkətin səhmlərinin dəyəri tam 10% ucuzlaşıb.

Mənbənin məlumatına əsasən dünən qeydə alınan nasazlıq bir neçə saat ərzində aradan qaldırılsa da, yaranma səbəbi ilə bağlı heç bir açıqlama verilməyib.