"Tesla" batareya istehsal edən "Maxwell Technologies"-i 218 milyon dollara satın alır.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, "Tesla" elektriklə çalışan avtomobillərin maliyyəsini azaltmaq, daha uzun məsafə qət edə bilən avtomobillər istehsal edə bilmək üçün "Maxwell Technologies" şirkətini alacağını bildirib.

Qeyd edək ki, bir neçə həftə öncə Elon Mask daha ucuz "Tesla Model 3" istehsalına hədəflənərək daha çox müştəri əldə etməyi planlaşdırdığını dilə gətirmişdi.

Ötən ay "Maxwell Technologies"in yaydığı açıqlamada, elektrikli avtomobillərin batareya maliyyəsini aşağı salacağını və daha uzun məsafə qət etməsi üçün yeni texnologiyalı batareyaların patentini alacaqlarını bildirib. "Tesla" şirkəti isə danışıq yerinə bütövlükdə şirkəti almağı seçib. "Maxwell Technologies" artıq danışıqların baş tutması və razılaşmanın olmasını təsdiqləyib. Satış işlərinin tam yekunlaşması önümüzdəki aylarda nəzərdə tutulub. Bu addımın elektrikli avtomobil sektorunda ciddi dəyişikliyə səbəb olacağı kimi qiymətləndirilir.