İtaliyada sosial məsafə qaydaları qorunan xüsusi tramvay hazırlanıb.

Open.az xəbər verir ki, "Arturo Tedeschi Mimarlık" tanınmış müəllif Lorenzo Pio Cocco ilə birlikdə "Passerella" adlı sosial məsafə qorunan turistik tramvayı hazırlayaraq, satışa çıxarıblar.

İtaliyanın Milan şəhəri üçün hazırlanan özəl tramvay, şəhərin 1503 saylı tramvayının cizgiləri ilə bəzədilib.

Geometrik şəkillərin yer aldığı tramvayda sərnişinlərin oturacağı şüşə səddləri ilə biri-birindən ayrılıb.

Tramvayın döşəməsinə yuvarlaq dairələr yerləşdirilib. Sərnişinlər bu dairələrdən kənara çıxanda xüsusi səs effektləri ilə bildiriş səsləndirilir.

Reklam lövhələrinin rəqəmsal olduğu tramvayın tavanı da xüsusi layihə əsasında hazırlanıb. Belə ki, tavan Milan şəhərinin memarlıq quruluşuna uyğun olaraq, binaların eyvanlarından görünə biləcək formada yığılıb.

Qeyd edək ki, tramvay pandemiya dövrü və gələcəkdə də insanların sağlamlığı və sosial məsafənin qorunması üçün nəzərdə tutulub.

Ülviyyə Həsənqızı

Sosial məsafə qorunan tramvay hazırlandı-FOTO

Sosial məsafə qorunan tramvay hazırlandı-FOTO

Sosial məsafə qorunan tramvay hazırlandı-FOTO

Sosial məsafə qorunan tramvay hazırlandı-FOTO

Sosial məsafə qorunan tramvay hazırlandı-FOTO