"Porsche" şirkətinin idarə heyətinin sədr müavini Lutz Meschke gələcək planlar barədə danışıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, o, hazırda bu sektorda lider olan "Tesla"nı daha üstün keyfiyyətli avomobillər istehsal edərək keçməyi planlaşdırdığını dilə gətirib.

Belə ki, kütləvi istehsalı nəzərdə tutulan "Porsche Mission E" və "Mission E Cross Tourismo" avtomobillərinin 15 dəqiqə ərzində 80% enerji ilə doldurulması, bir dəfə tam enerji ilə 500 km məsafə qət edə bilməsi, 100 km/s 3.5 saniyə ərzində sürətlənməsi kimi xüsusiyyətləri var.

Bundan əlavə Lutz Meschke qarşıdakı 10-15 il ərzində uça bilən avtomobillər istehsal edəcəkləri ilə bağlı məlumat verib. O bildirib ki, öncə uçan avtomobillərin kütləviləşməsi üçün formalaşmış infrastruktur və tənzimlənmənin olması lazımdır.