"Nissan Leaf" 40699 ədəd satışla Avropanın ən çox satılan elektrik mühərrikli avtomobili adını qazanıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, xüsusən Norveçdə marağa səbəb olan model 2018-ci il ərzində 12000-dən çox satılaraq ən çox satılan avtomobil adını da qazanıb.

Xatırladaq ki, "Nissan Leaf" avtomobilləri 2010-cu ildən etibarən dünyada 380000 ədəd sayla dünyanın ən çox satılan elektrik mühərrikli avtomobili adını da qazanıb.