Malayziya uçan avtomobil istehsal etməyi planlaşdırdığını açıqlayıb.

Open.az "AA"ya istinadən xəbərr veri ki, bu barədə Malayziya Təşəbbüs və İnkişaf Naziri Rıdvan Yusif məlumat verib.

O, uçan avtomobilin layihə modelinin hazır olduğunu və bu il ərzində ilk nümunəsinin göstəriləcəyini bildirib: "Bunu edəcək texnologiyamız var. Sadəcə, layihəmizi sürətli həyata keçirməyimiz lazımdır".

Nazir uçan avtomobilin təhlükəsiz olacağını vurğulayıb: "Bu layihə ilə insanları yeni texnologiyaya sövq edəcək bir şərait yaratmaq istəyirik. Malayziyanın aviasiya, insansız hava vasitəsi və yerli avtomobil istehsalı kimi sahələrdə istehsal qabiliyyəti var. Bu xüsusiyyətlərimizdən istifadə etməyimiz lazımdır".

Rıdvan bundan başqa, uçan avtomobil layihəsinin modelinin hazırlanma xərcinin 1 milyon Malayziya ringgiti (245 min dollar) olduğunu qeyd edib.

Gülnar Qafarlı