Elektromobil gələcəyin avtomobilləri sırasına qatıla bilər, lakin gediş batareyanın işi cihazların zəif məqamı olmasa. Lakin hər çətinliyin bir həlli olduğu kimi elektroavtomobillərin də, uzaq məsafə qət edə bilmələri üçün çıxış yolu tapılıb. Belə ki, İsrailin "Electreon Wireless" adlı start-apı xüsusi yol örtüklərindən istifadə edərək elektromobillərin hərəkət edərkən belə şarj yığmasını təmin edəcək.

Open.az xəbər verir ki, "Electreon road" - ilk olaraq hökümətlərə, şəhər administrasiyası və avtopark operatorlarına təklif ediləcək. Texnologiya elektromobillərin effektivliyinin - batareyanın ölçüsü, qiyməti və çəkisini azaltmaqla dəfələrlə artırmaq imkanı verəcək.

Sözügedən "şarj cığırını" yəni "Electreon road" düzənləmək üçün - ilk növbədə yol örtüyünü çıxarıb, lazımı qədər səthi hazırlayıb və maqnit makaranı (sarğac) düzmək gərəkdir. Son olaraq isə "Electreon road" üçün ən son yeni asfalt qatı tətbiq ediləcək.

Şirkət ilk dəfə olaraq 2019-cu ildə, elektrik yolu sınaqdan keçirib. Bu il ərzində isə Tel-Əviv ərazisində kiçik bir ərazidə yolun eksplutasiyası baş tutacaq. 2020-ci ilin sonunda isə sınaqlar İsveçrədə davam edəcəklər.

Günel Gözəlova