Dünyanın ən bahalı avtomobili “Rolls-Royce Sweptail” ölkəmizə gətirilib.

Open.az xəbər verir ki, bu barədə sosial şəbəkədə “Cars in Baku” səhifəsi məlumat yayıb.

Bildirilib ki, sözügedən avtomobil “Baku Cargo Terminal”a tranzit olaraq gəlib.

2 milyon 800 min dollar qiyməti olan maşının sahibi çinli iş adamıdır və o, avtomobil kolleksioneridir.

“Rolls-Royce Sweptail” onun üçün individual olaraq bir nüsxədə hazırlanıb.