Bakının Maştağa qəsəbəsində baxımsız vəziyyətə qalan tarixi “Qum hamamı” təmizlənməyə başlayıb.

Open.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib.

O, hazırda bələdiyyə və icra nümayəndələlərinin ərazidə olduğunu bildirib: “Vətəndaşlar yaxınlıqda zibil qutularının olmamasından şikayət edirlər. Yaxınlıqda zibil qutularının qoyulması üçün İcra Hakimiyyətinə də, bələdiyyə də müraciət olunub.

O qeyd edib ki, artıq hamamın təmizlənməsi işlərinə başlanılıb: "Günün sonunadək yaxınlığda zibil yeşikləri də qoyulacaq. Həmçinin abidənin bərpa olunması məsələsi də gündəmdədir”.

Xatırladaq ki, düəndən etibarən sosial şəbəkələrdə “Qum hamamı”nın fotoları yayılmış, tarixi məkanın zibilxanaya çevrildiyi bildirilmişdi.