Rusiyanın tanınmış kino aktrisası, "Zareçnaya küçəsində bahar" filmində müəllimə Tatyana Sergeyevna obrazını yaradan Nina İvanova vəfat edib.

Open.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Kinematoqrafçılar İttifaqı yayıb.

87 yaşlı aktrisa ötən gün, uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, mərhum aktrisa ilə vida mərasimi dekabrın 4-də, hazırda cənazəsinin saxlandığı 59 saylı xəstəxananın morqunda baş tutacaq.

Ülviyyə Həsənqızı

Zareçnaya küçəsində bahar