“Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna milli qoruq statusu verilib.

Open.az xəbər verir ki, Baş Nazir Əli Əsədov bu barədə Qərar imzalayıb.

Qərara əsasən “Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 19 yanvar tarixli Sərəncamının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədilə “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna milli qoruq statusu verilib.

Dövlət Turizm Agentliyinə Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.