Xəbər verdiyimiz kimi İstanbulda yeddi ölkənin iştirakı ilə Avroasiya Teatrlar Birliyinin toplantısı keçirilir.

Fevralın 25-dək davam edəcək toplantıda Azərbaycanı Gəncə Dövlət Dram Teatrının aktyoru, Fəxri Mədəniyyət işçisi Yusif Cəfərov təmsil edir.

Toplantı ilə Open.az-a ətraflı məlumat verən aktyor bildirib ki, Avroasiya Teatrlar Birliyinin toplantısında səsvermə yolu ilə Birliyin sədri və baş katibi seçilib : "Birliyin sədri Ukrayna təmsilçisi, Xerson Akademik Teatrının direktoru, Ukraynanın Xalq artisti Aleksandr Kniqa, baş katib Maltepe Teatrının müdüri Kubilay Erdelikara seçildi. Birliyin baş ofisi kimi isə ötən gün təntənəli açılışı olan İstanbul ofisi seçildi. Toplantını mətbuat və tv əməkdaşları arasında Türkiyənin "Tiyatro" qəzetinin redaktoru Nafis Uslu ilə bərabər tanınmış aktyorlar Adnan Biricik, Erkan Bekdaş və başqaları izləyirdi. Avroasiya Teatrlar Birliyinin Toplantısından sonra Maltepe belediyye başkanı Ali Kılıc mərasimə qatılan ölkə nümayəndələrinin şərəfinə ziyafət verdi. Ziyafətdə təmsilçilərə diplomlar təqdim olundu" deyən Yusif Cəfərov bunları Open.az-a özəl açıqlamasında danışıb.

Qeyd edəkl ki, Avroasiya Teatrlar Birliyinin növbəti toplantısı 27-31 may tarixində Ukraynanın Xerson şəhərinə keçiriləcək.

Xatırladaq ki, Yusif Cəfərov II Beynəlxalq Maltəpə Teatr Festivalının da səlahiyyətli nümayəndəsidir.

Ülviyyə Həsənqızı