Bakı Kitab Mərkəzində “Yolum keçir Qarabağdan” adlı rəsm sərgisi açılıb.

Open.az xəbər verir ki, sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Sərgi Şuşa şəhərinin işğal edilməsinin 27-ci ildönümünə həsr olunub.
Tədbiri Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva açaraq, sərginin keçirilməsi və günün əhəmiyyətindən danışıb.

Günel Rzayeva qeyd edib ki, "Bakı Kitab Mərkəzi ilə “My Way” Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin müştərək layihəsi olan “Yolum keçir Qarabağdan” adlı sərgidə 40-a yaxın əsər nümayiş etdirilir. Təqdim olunan rəsmlər 12-18 yaş arasında olan gənc rəssamlar tərəfindən çəkilib."

Qeyd edək ki, sərginin açılışında tanınmış incəsənət, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Ülviyyə Həsənqızı