Mayın 1-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Mələyin öpüşü” tammetrajlı bədii filmi nümayiş olunacaq.

Open.az xəbər verir ki, filmin rejissoru Əsgər Əli Hacızadə, quruluşçu operatoru Elman Əliyev, ssenari müəllifləri Əlibəy Məmmədli, Əsgər Əli Hacızadə, Süleyman Süleymanzadədir.

Ekran əsəri atası ucbatından ərköyün, özündən razı böyüyən Elxan və həyat çətinlikləri ilə mübarizə aparan Cahan haqqındadır.

Filmdə xalq artisti Fuad Poladov, Şamil Süleymanlı , əməkdar artist Münəvvər Əliyeva, Elşad Xose, Oksana Rəsulova, Nizar Məmmədov, Təranə Əliyeva, Şəhriyar Əbilov və digər aktyorlar rol alıblar.

Ülviyyə Həsənqızı