Ötən gün Yaponiyanın Hokkaydo prefekturasının Asahikaua və Sapporo şəhərlərinin əsas bazarlarında qara qarpız üçün ilk hərrac keçirilib.

Open.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Təxminən 11 kiloqram ağırlığında olan qara qarpız 750 min yenə (təxminən 7,2 min dollar) satılıb.

Alıcı "Keiichi Suzuki" supermarketinin sahibi olub.

Qeyd edək ki, tünd yaşıl, demək olar ki, qara rəngdə qabığa malik bu qarpız növü çox sulu və şirin olması ilə seçilir. Bu qarpızların hər il bu vaxt hərracı keçirilir.

Gülnar Qafarlı