Ötən gün xəstəxanaya aparılan Rusiyanın Xalq artisti, tanınmış aktrisa Larisa Udoviçenkonun vəziyyəti stabildir.

Open.az xəbər verir ki, evdə yıxılan 65 yaşlı aktrisa omba sümüyündən zədə alıb. Təcili xəstəxanaya aparılan Xalq artistinin müayinəsindən sonra ciddi xəsarət almadığı məlum olub və həkimlər bir neçə saatdan sonra Larisa Udoviçenkonu evə buraxıblar.

Xəstəxanaya aparılan Xalq artisti evə buraxılıb

Xatırladaq ki, Larisa Udoviçenko "Qırmızı və qara", "Görüş yerini dəyişmək olmaz", "Ölü canlar" və.s. filmlərdə maraqlı obrazlar yaradıb.

Ülviyyə Həsənqızı

Xəstəxanaya aparılan Xalq artisti evə buraxılıb