Türkiyənin tanınmış yazıçı-jurnalisti Sevim Gözay vəfat edib.

Open.az xəbər verir ki, 48 yaşlı Sevim Gözay uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

1993-cü ildən türk mətbuatında çalışan Sevim Gözay, müxtəlif illərdə Kanal D, TV8, CNN Türk, ATV, SHOW TV, Habertürk, SKY 360, TRT kanallarında redaktor, aparıcı və moderator kimi çalışıb.

2006–2013-cü illərdə "Akşam" qəzetində fəaliyyət göstərib. Kültür-sənət və mədəniyyət mövzulu yazılar müəllifi kimi tanınan Sevim Gözay 2001 və 2002 yıllarında "Türkiye Gazeteciler Cemiyeti Kültür-Sanat Televizyon Başarı Ödülü"nə layiq görülüb.

Allah rəhmət eləsin!

Ülviyyə Həsənqızı

Xərçəngdən əziyyət çəkən yazıçı-jurnalist vəfat edib