Bu gün Azərbaycanın Xalq şairi, “Şöhrət” və Gürcüstanın “Şərəf” ordenləri laureatı Zəlimxan Yaqubun doğum günüdür.

Open.az xəbər verir ki, görkəmli şairin 70 yaşı tamam olur.

65 yaşında dünyadan ömür köçünü çəkib gedən şairin yubileyində sevənləri məzarını ziyarət edəcək, Zəlimxan Yaqub poeziyasının nümunələri şairin məzarı üstündə səsləndiriləcək.

Qeyd edək ki, yanvarın 23-də Zəlimxan Yaqubun dünyaya gəldiyi Bolnisi rayonunun Kəpənəkçi kəndində Xalq şairinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Həmçinin Kəpənəkçi kəndində Xalq şairinin şərəfinə “Zəlimxan Yaqub adına Poeziya Evi” nin tikilməsi nəzərdə tutulub.

Sellər aparacaq, bəlkə, qəbrimi,

Məzarım hardadı, bilinməyəcək.

Bircə təsəllim var, eşqim ürəkdən,

Adım yaddaşlardan silinməyəcək! deyən şairin yubileyi onu unutmayanların hafizəsində əbədi yaşayacaq.

Ülviyyə Həsənqızı