Rusiya Federasiyasının xalq rəssamı, Böyük Vətən müharibəsinin veteranı, "Mosfilm" kinostudiyasının quruluşçu rəssamı Stalen Volkov vəfat edib.

Open.az xəbər verir ki, bu barədə xəbəri Rusiya Kinematoqrafçılar İttifaqı yayıb.

93 yaşlı rəssamla vida mərasimi iyulun 18-də Moskva Mərkəzi Klinik Xəstəxanasının morqunda olacaq. Buna səbəb kimi rəssamın bir neçə gün əvvəl dünyasını dəyişməsi göstərilib. Belə ki, iyulun 13-də vəfat edən Xalq rəssamının ölüm xəbəri iyulun 15-i axşam yayıllıb.

1954-cü ildə VGİK-i bitirən S. Volkov həmin ildən "Mosfilm" kinostudiyasında quruluşçu-rəssam kimi işə başlayıb.

Onun iştirakı ilə Rusiyanın kino tarixinə daxil olan 25-dən çox maraqlı filmlər çəkilib.

"İdiot", "Bəyaz gecələr", "Karamazov qardaşları", "Ölülər və dirilər", "Təkrarolunmaz bahar", "Direktor" və başqa bədii filmlərin quruluşçu rəssamı olan Stalen Volkov "Qızıl Qartal", "Nika" kinoakademiyasının da fəxri üzvü olub.

Ülviyyə Həsənqızı