Xalq artisti Vaqif Əsədovun nəvəsi Emil gənc yaşda dünyasını dəyişib.

Open.az xəbər verir ki, aktyor nəvəsinin fotosunu yayımlayıb. O, şəklə "Emil..." qısa şərhini yazıb.

Qeyd edək ki, mərhumun heç bir xəstəliyi olmayıb. Yaxınları onun qəfildən vəfat etdiyini söyləyib. Emil Ukraynada təhsil alırmış.