Fevralın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar Fikrət Əmirovun "Sevil" operasının nümayişi olacaq.
Open.az xəbər verir ki, tamaşada Balaş obrazında, Xalq artisti Samir Cəfərov çıxış edəcək.
4 pərdəli operanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi, Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyevdir
Qeyd edək ki, Fikrət Əmirov “Sevil” operasını 1951-ci ildə C.Cabbarlının eyniadlı dramı əsasında qələmə alıb.
Proloqla birlikdə 3 pərdəli opera həmin ildə Opera və Balet Teatrında səhnəyə qoyulub və uzun illər Teatrın repertuarında mövcud olub.
1998-ci ildə Teatr yenidən bu əsərə müraciət edib və SSRİ Xalq Artisti, Dövlət Mükafatı laureatı, professor Fərhad Bədəlbəylinin bədii rəhbərliyi ilə onu yeni quruluşda səhnəyə qoyub.