Tanınmış aktyor, Azərbaycanın xalq artisti Pərviz Məmmədrzayev Rusiya kinematoqrafçılarının istehsalı olan "Русский раб" filmində əsas obrazlardan birini ifa edəcək.

Open.az xəbər verir ki, tanınmış aktyor Kamran Ağabalayevdən sonra çəkilişlərə Xalq artisti Pərviz Məmmədrzayev də qatılıb.

Pərviz Məmmədrzayev Elena Deniseviçin "Русский раб" çoxseriyalı TV lahiyəsində əsas rollardan biri olan Qubernator obrazında çıxış edəcək. Bu barədə aktyor özünün sosial şəbəkə hesabında məlumat verib.

Qeyd edək ki, rejissor Ivan Şurxoveçkinin ekranlaşdırdığı 12 seriyalı tarixi filmdə rus aktyorları ilə yanaşı, türk, gürcü və Azərbaycanın tanınmış aktyorları rol alıb.

Filmin hazırki çəkilişləri İstanbulun Hadımköy səmtində "Kösəm Sultan" serialının çəkiliş paviliyonunda aparılır.

ÜLVİYYƏ HƏSƏNQIZI

Xalq artisti Pərviz Məmmədrzayev Русский раб

Xalq artisti Pərviz Məmmədrzayev Русский раб