Rusiyanın Xalq artisti, tanınmış sirk aktyoru Yuri Kukes vəfat edib.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, 69 yaşlı Y.Kukes xeyli müddətdir beynində olan şişdən əziyyət çəkirmiş.

Yanvar ayında təcili xəstəxanaya aparılan sirk artisti əməliyyat edilib. Amma vəziyyəti ağır olan aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, uşaqlıqdan atası ilə birlikdə sirkdə çalışan Yuri Kukes, akrobatik nömrələrin mahir ifaçısı olub.

1970-ci ildən janqlor kimi solo nömrələrlə çıxış edən Y.Kukes 7 il Yaponiya sirkində fəaliyyət göstərib.

Mərhum sirk artisti "Şahidin öldürülməsi", "Kio. İllüziyanın kulis arxası" filmlərində rol alıb.

Ülviyyə Həsənqızı