Fevralın 16-da Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyasında iki məşhur pianoçu, Xalq artisti Murad Adıgözəlzadə və məşhur skripkaçı Çexiyanın Pilsen Dövlət Konservatoriyasının professoru Roman Fedçukun iştirakı ilə konsert proqramı təqdim olunacaq.

Open.az xəbər verir ki, konserti Əməkdar incəsənət xadimi, dirijor Elşad Bağırovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.

Proqramda Edvard Qrieq, Paul Dyuk, Feliks Mendelsson, Pablo de Sarasatenin əsərləri yer alacaq.

Qeyd edək ki, konsert gənc ifaçıların “World harmony” lll beynəlxalq klassik və folklor musiqi müsabiqəsi çərçivəsində reallaşacaq.

Xalq artisti Murad Adıgözəlzadə və məşhur skripkaçı  Roman Fedçuk konsert proqramı ilə çıxış edəcək