Kiyevdə yaşlı kişi özünü yaşadığı evin beşinci mərtəbəsindən ataraq intihar edib.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə Ukrayna Fövqəladə Hallar İdarəsinin əməkdaşları gələndə məlum olub ki, intihar edən təqaüdçü əslində Ukraynanın xalq artisti, Ukrayna Mahnı və Rəqs Ansamblının solisti olub.

İntihar edən şəxsin cibindən məktub tapılıb. Məktubda, onun oğlunun telefon nömrəsi yazılıb və qeyd olunub ki, intihar etməsində heç kimin günahı yoxdur.

Olduqca qapalı həyat tərzi keçirən adamın qonşuları belə, onun xalq artisti olduğunu ölümündən sonra biliblər.

Adı Vasili olan artistin soyadı dəqiqləşdirilməyib.

Ülviyyə Həsənqızı