Rusiyanın Xalq artisti, tanınmış kinorejissor Sergey Solovyov işemik insult keçirib.

Open.az xəbər verir ki, bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən 75 yaşlı rejissorun vəziyyəti çox ağırlaşıb.

Hazırda reanimasiyada olan kinorejissor ağır şəkərli diabetdən və ağciyər iltihabından yaranan güclü sətəlcəmdən əziyyət çəkir. S.Solovyovun yaxın ətrafı bir müddət kinorejissorun ağır xəstəliyini gözlətsələr də, ötən gecədən başlayaraq rejissorun vəzaiyyəti ağırlaşıb.

Qeyd edək ki, Sergey Solovyov 1944-cü il avqustun 25-də anadan olub. Yaradıcılığına teatr səhnəsində başlayan kinorejissor, M.Qorki adına Leninqrad Böyük Dram Teatrında aktyor kimi çalışıb. Georgi Tovstonoqovun əsərlərində oynayıb.

Kinorejissorun ən yaddaqalan filmi "Assa" trilogiyasıdır.

Ülviyyə Həsənqızı